Komendant saatı ilə bağlı metronun fəaliyyəti məhdudlaşdırılacaqmı? – AÇIQLAMAbackend

Komendant saatı ilə bağlı metronun fəaliyyəti məhdudlaşdırılacaqmı? - AÇIQLAMA

Bakı metropoliteninin iş qrafikində hər hansı dəyişiklik nəzərdə tutulmayıb.

“Bakı Metropoliteni” QSC-dən KONKRET.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin ölkəmizin Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bütün ölkə ərazisində 2020-ci il 28 sentyabr saat 00:00-dan hərbi vəziyyət elan edilib. Həmçinin bir sıra regionlarda, o cümlədən paytaxt Bakı şəhərində hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir.

“Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə çatdırır ki, mövcud vəziyyətdə Bakı metropoliteninin iş qrafikində hər hansı dəyişiklik nəzərdə tutulmayıb. Metropoliten stansiyaları, əvvəlki qayda ilə – saat 6:00-dan 00:00-dək sərnişinlərin girişinə açıq olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*