KONKRET.az-da “Redaksiya siyasəti və peşə etikası” qaydaları müzakirə edildi – FOTOLARbackend

KONKRET.az-da "Redaksiya siyasəti və peşə etikası" qaydaları müzakirə edildi - FOTOLAR

Jurnalistikanın təməl prinsiplərindən biri də “peşə etikası”dır. “Peşə etika”sına bir sıra prinsiplər daxildir. Bunlar arasında sosial məsuliyyət, düzgünlük, obyektivlik, vicdanlılıq və digər prinsiplər çox önəmli yer tutur. Hər bir jurnalist bu prinsiplərə əməl edərək, fəaliyyət sistemini qurmağı bacarmalıdır. Bu mənada redaksiyaların da üzərinə çox böyük məsuliyyət düşür.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi də jurnalist peşəkarlığının artırılması istiqamətində bir sıra vacib addımlar atır. Onlardan biri də “Redaksiya siyasəti və peşə etikası qaydaları” ilə bağlıdır. Məhz bu istiqamətdə Medianın İnkişafı Agentliyi tərəfindən redaksiyalara məktub göndərilib və jurnalistin “Peşə etikası” prinsipləri mövzusunda söhbət aparılması tövsiyə olunub.

KONKRET.az informasiya portalının baş redaktoru Fadil Paşayev mövzu ilə bağlı redaksiya heyətini məlumatlandırıb. Baş redaktor jurnalistin baş verən hadisələrin təsvirini dəqiq və konkret faktlar əsasında verməyə borclu olduğunu, faktların təhrifinə yol verməməsinin vacibliyini diqqətə çatdırıb. Jurnalistin vəzifəsinin peşə borcunu vicdanla yerinə yetirməkdən ibarət olduğunu deyib.

Əməkdaşlar da qaydalarla tanış olduqdan sonra mövzu ətrafında fikir və təkliflərni irəli sürüblər. Qeyd edək ki, saytda həmçinin “Peşə etikası” bölməsi də yaradılıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*