Konqoda almaz mədəni çökdü – 40 nəfər öldübackend

Konqoda almaz mədəni çökdü - 40 nəfər öldü

Konqo Demokratik Respublikasının mərkəzi hissəsində almaz mədəninin çökməsi nəticəsində 40-dan çox adam ölüb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi respublikanın Kasai vilayətinin daxili işlər naziri Alen Tsisunqu Ntumbaya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, iyunun 7-də axşam saatlarında Sambe şəhərində 18 metr dərinlikdə yerləşən şaxta çöküb: “Həmin vaxt orada 40-dan çox insan olub. Artıq 6 cəsəd mədəndən çıxarılıb, xilasetmə və axtarış işləri davam edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*