Əməkdar artist Könül Kərimova yenidən aparıcılıq fəaliyyətinə başlayır.
KONKRET.az xəbər verir ki, sənətçi “Xəzər TV”də çalışacaq. Onun verilişinin anonsu artıq sosial şəbəkədə də yayılıb. Könül Kərimova tezliklə “Xəzər axşamı” adlı proqramla tamaşaçı qarşısına çıxacaq.
Qeyd edək ki, sənətçi uzun müddət “Lider” telekanalında “Bir könüldən” verilişinə aparıcılıq etmişdi.
