Koronavirus haqqında danışanlar həbs ediləcək – YENİ QADAĞAbackend

Koronavirus haqqında danışanlar həbs ediləcək - YENİ QADAĞA

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Türkmənistan vətəndaşlarına koronavirus haqqında danışmaq qadağandır.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Aşqabadda küçədə koronavirus barədə danışmaq həbslə nəticələnə bilər.

Xüsusi ilə avtobus dayanacaqlarında, avtobuslarda bu mövzuda danışanlar ciddi cəzalandırılır.

Yerli jurnalistlərin bildirdiklərinə görə, bir çox hallarda mülki geyimli insanlar vətəndaşları dinləyir. Məqsəd isə bu şəkildə çaxnaşmanın qarşısını almaq üşündür.

Bir həftə ərzində Türkmənistanda koronavirusun yayılmasına, bölgələrdən paytaxta hərəkətə məhdudiyyət qoyulması və ölkə daxilində vətəndaşların hərəkəti, yollarda və ictimai yerlərdə temperaturun ölçülməsi ilə bağlı tədbirlərin artması müşahidə olunur.

Xatırladaq ki, rəsmi məlumatlara görə, Türkmənistanda koronavirus hadisəsi qeydə alınmamışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*