Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti necədir? – Xəstəxanadan AÇIQLAMAbackend

Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti necədir? - Xəstəxanadan AÇIQLAMA

Koronavirusa yoluxan tanınmış diktor, Xalq artisti Eldost Bayramın son durumu açıqlanıb.

Zığ Modul Tipli Xəstəxanasından KONKRET.az-a bildirilib ki, diktorun reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Qeyd olunub ki, E.Bayram hazırda oksigen maskasındadır:

“Onun arterial təzyiqi 160-ın 90-a, nəbzi 97, saturasiyası 96, şəkəri isə 227-dir. Huşu aydındır. Vəziyyəti ağır olaraq qalır”.

Qeyd edək ki, 74 yalı Xalq artisti bir müddət əvvəl COVID-19-a yoluxub. O, noyabrın 29-da Zığ qəsəbəsindəki modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*