Koronavirusa yoluxmuş qadın körpəyə süd verə bilməzbackend

Koronavirusa yoluxmuş qadın körpəyə süd verə bilməz

“Koronavirusa yoluxmuş qadın körpəyə süd verə bilməz”.

KONKRET.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova “TƏBİB məsləhəti”ndə deyib.

O bildirib ki, xəstəliyə yoluxanların uşağa süd verməsi tövsiyə olunmur: “Çünki anayla uşaq arasında yaxın təmas olur. Ana koronavirusa yoluxmadığı halda süd verərkən maska taxması lazımdır. Yoluxduqdan sonra isə maskayla belə süd verməsi məsləhət deyil”.

“Hamilələrin toy mərasimləri və digər yığıncaqlarda iştirakı düzgün deyil”.

Həkim-ginekoloq onu da deyib ki, işləyən hamilə qadın iş yerində digər şəxslərlə sosial məsafəni qorumalıdır: “Eyni zamanda hamilələr dügzün qidalanmalı, təmiz havada çox vaxt keçirməlidir”.

T.Həsənova bildirib ki, COVID-19 virusu hamilələrin doğuş prosesinə dolayısı ilə təsiri var: “Təbii ki, normal doğuş mümkündür. Əgər hamilələrdə xəstəlik ağırdısa o zaman qeysəriyyə üçün göstəriş olur. Hamiləlik zamanı qanı durulaşdırmaq üçün verilən dərman doğuşdan sonra müəyyən çətinlik yarada bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*