Koronavirusla bağlı daha bir TƏŞVİŞ – DİN açıqlama verdi – EKSKLÜZİVbackend

Koronavirusla bağlı daha bir TƏŞVİŞ – DİN açıqlama verdi - EKSKLÜZİV

Bu günlərdə sosial şəbəkələrdə yayılan daha bir qeyri-müəyyən səs yazısı insanlar arasında narahatlıq yaradıb. Həmin səs yazısına görə, naməlum şəxslər koronavirusun yayılmasının qarşısını almaq bəhanəsi ilə mənzillərə daxil olaraq evləri qarət edirlər.

KONKRET.az bu xəbərə əsasən, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidova müraciət edib. E.Zahidov məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu xəbərlər dezinformasiyadir: “Bizə belə bir müraciət daxil olmayıb. Əgər insanlar belə bir hadisə ilə qarşılaşarlarsa, dərhal polisə müraciət etsinlər”.

Qeyd edək ki, mənzilləri dezinfeksiya etmək adıyla qapıların döyülməsi faktıyla bağlı redaksiyamıza da informasiyalar daxil olub. Odur ki, əhalini daha diqqətli olmağa çağırırıq.

Gül Qədirli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*