Fransada elm adamları koronavirusunun yeni ştamının aşkar edildiyi haqda məlumat veriblər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Marseldəki Yoluxucu Xəstəliklər İnstitutunun (IHU) mütəxəssisləri şəhər sakinlərində yeni növ koronavirus ştamını aşkar ediblər.
Alimlərin fikrincə 12 nəfərdə koronavirusun yeni növü ilə əlaqəli mutasiyaları müəyyən etmək üçün aparılan testlər “atipik birləşmə” göstərib.
Virusun yeni variantı B.1.640.2 olaraq təyin edilib. İlk dəfə noyabr ayında Kamerundan qayıdan bir kişidə müəyyən olunub. Tədqiqatçıların dediyinə görə, genom analizi 46 mutasiya aşkar edib.
İndi Fransada ilk dəfə olaraq noyabrın əvvəlində Botsvana və Cənubi Afrikada müəyyən edilmiş omikron ştamı yayılır. Mütəxəssislərin fikrincə omikron ştamı indiyədək təhlükəli sayılan “delta” növünü əvəz edəcək.
Fransada 2021-ci ilin son günlərində gün ərzində 200 mindən çox infeksiyaya yoluxma qeydə alınıb. Səhiyyə naziri Olivier Veran bildirib ki, yanvar ayı Fransa xəstəxanaları üçün çətin ay olacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az
