Korotçenko: “Bərpa olunan Qarabağ həyatını qurban verən azərbaycanlıların xatirəsinə ən yaxşı abidə olacaq”backend

Korotçenko: “Bərpa olunan Qarabağ həyatını qurban verən azərbaycanlıların xatirəsinə ən yaxşı abidə olacaq”

“Biz bilirik ki, bu yaraları sağaltmaq, Azərbaycan şəhərlərini, yaşayış məntəqələrini bərpa etmək üçün uzun müddət, on illər lazımdır”.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Ağdamda səfərdə olan Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib.

İqor Korotçenko deyib ki, Azərbaycanın bu yöndə siyasi iradəsi var: “Biz əminik ki, müəyyən zaman ərzində işğaldan azad edilmiş ərazilər Azərbaycanın cənnətinə çevriləcək. Azərbaycan xalqı çox zəhmətsevər, dözümlü, səbrli xalqdır, dağıntıları bərpa edəcək. Bərpa edilən şəhərlər, bərpa olunan Qarabağ ölkəsinin suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə həyatını qurban verən azərbaycanlıların xatirəsinə ən yaxşı abidə olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*