Kreml “B planı”na keçir: “Xocalı canisi parlamentə spiker gətirilir…”backend

Kreml “B planı”na keçir: “Xocalı canisi parlamentə spiker gətirilir...”

Ermənistanda kritik seçki gəlişməsi: Paşinyan “Sem dayı”nın yox, Moskvanın “yol xəritəsi” ilə barışıb; onun başı üzərində “Domokal qılıncı” rolunu oynamaq isə Köçəryana tapşırılıb…

Ermənistanda seçki ehtirasları getdikcə qızışmaqdadır. Artıq dünənədək “İstefa!” qışqıran radikal-revanşist müxalifətin aparıcı qüvvələri baş nazir əvəzi Nikol Paşinyanın oyun qaydalarını qəbul edərək, bir-bir erkən parlament seçkilərində iştirak qərarı verir. Dünən onlardan daha biri – eks-prezident Serj Sərksiyanın rəhbəri olduğu Respublikaçılar Partiyası Artur Vanetsaynın başçılıq elədiyi “Vətən” partiyası ilə koalisiyada seçkilərə qatılmaq haqda razılığa gəlib.

Xatırladaq ki, 2018-ci ilin dekabrında da Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilmişdi və o vaxt Sərkisyanın partiyası parlamentə düşə bilməmişdi. Çünki o və təmsil elədiyi “Qarabağ klanı” ölkədə korrupsiya çetesi kimi tanınır və hələ də ictimai nifrət obyekti olaraq almaqdadır. Odur ki, keçmiş hakim partiyanın ayrılıqda bu dəfə də parlamentə düşə bilməyəcəyi gün kimi yəqin idi. Bunu “Gallup”un keçirdiyi rəy sorğuları da təsdiqləyirdi.

Diqqətçəkicidir ki, Qarabağ klanının odioz siması olan Xocalı hərbi canisi Serj Sərkisyan seçkilərə klanın digər odioz üzvü və sabiq silahdaşı, Xocalı canisi, eks-prezident Robert Köçəryanla deyil, Vanetsyanla getmək qərarı verib. Hərçənd o da, Putinin yaxın dostu hesab edilən Köçəryan da, həmçinin Ermənistan Təhlükəsizlik Xidmətinin sabiq direktoru, Paşinyanım qatı rəqibi, general Artur Vanetsyan da Moskvanın adamları sayılırlar.

Robert Köçəryan koronavirusa yoluxduğuna görə Rusiyaya gedə bilməyib

 Robert Köçəryan

Köçəryan isə xəbər verildiyi kimi, daşnaklarla ittifaqda seçkilərdə gedir. Ancaq Ermənistanda kimin kimlə “siyasi izdivac”da parlament seçkilərinə qatılmasından asılı olmayaraq, seçki prosesində həlledici sözü Moskva deyəcək. Daha doğrusu, artıq deyib.

Belə ki, həm Nikol Paşinyanın, həm də Robert Köçəryanın son Moskva səfərlərindən aydın oldu ki, Kreml hələlik Nikolun öz postunda qalmasında maraqlıdır, lakin Moskvanın ciddi nəzarəti altında. Yəni onun başı üzərində “Domokl qılıncı” saxlanmaqla. “Domokl qılıncı” rolu isə belə görünür, Köçəryana tapşırılıb…

Artur Vanetsyan resigns from President of Football Federation of Armenia |  ARMENPRESS Armenian News Agency

Artur Vanetsayn

*****

“Yeni seçkilərdən sonra Robert Köçəryan parlamentin spikeri postunu tuta bilər”.

“Yeni Müsavat”ın məlumatına görə, belə bir proqnozla beynəlxalq konfliktlər üzrə rusiyalı ekspert Vitali Arkov çıxış edib (Axar.az). Onun sözlərinə görə, Ermənistanda aparıcı siyasi qüvvələr arasında güzəştə getmək ehtimalı yüksəkdir.

“Onlar məhz uzanan daxili siyasi böhranının həllində vasitəçi rolunu oynayan Kremlin təklifi və təzyiqi altında pərdəarxası siyasi anlaşmaya gedib. Kompromis Nikol Paşinyana təzədən Ermənistan hökumətinin başçısı vəzifəsini tutmağa imkan verəcək, lakin onun “Mənim addımım” partiyası Ermənistan Milli Məclisinin yeni tərkibində konstitusiya çoxluğu qazanmayacaq”, – deyə Arkov ehtimal edib.

Ermənistanın tək çıxış yolu var” - Vitali Arkov | KONKRET

 Vitali Arkov

Politoloqun qənaətincə, bu da parlamentin rolunu əhəmiyyətli dərəcədə artıracaq: “Çünki Ermənistan “parlamentli respublika” anlayışına daha çox uyğun gələcək və Ermənistanın ikinci prezidenti Robert Köçəryanı hakimiyyət Olimpinə qaytaracaq. Köçəryan yenilənmiş Milli Məclisin spikeri postunu tutacaq”.

*****

Əlbəttə ki, belə bir sonluq, siyasi konfiqurasiya Paşinyanı qane eləməsə də, o, reallıqla – Moskvanın cızdığı “yol xəritəsi” ilə barışmaq zorundadır. Çünki “Sem dayı” uzaqda – okeanın o tayında, Rusiya isə lap yaxında, Ermənistanın içindədir – özünün ordusu, əsgəri ilə birgə. Moskva isə adətən “sayıb kəsmir, kəsib sayır”.    

Bu xüsusda bir çox analitiklər əmindir ki, ABŞ prezidenti Co Baydenin saxta soyqırımı tanıması həm də seçki dövründə Nikol Paşinyanın Rusiyayönlü qüvvələr qarşısında mövqeyini və əlini gücləndirməyə yönəlib. Yəni hesablama onadır ki, təzə parlamentdə də Moskvaya sadiq qüvvələr azlıqda qalsın və ya yeni baş nazir seçkisinə əsir imkanları minimuma ensin.

Hərgah, bütün hallarda Paşinyan və komandasının 20 iyun seçkilərində konstitusion üstünlük qazana bilməyəcəyi indidən aydındır. Hər necə olmasa, ağır müharibə və kapitulyasiya, “məxməri inqilab” zamanı verilən vədlərin çoxunun puç olması öz işini görüb və Nikolun əvvəlki reytinqini tarixə çevirib.

Bundan əlavə, 44 günlük müharibədən sonra daha rəzil və miskin duruma düşən Ermənistanın Rusiyadan asılılığı xeyli dərəcədə artıb. Ermənistan adlı simvolik dövlətin, Qarabağdakı anklavda qalmış bir ovuc separatçının varlığı indi bütünlüklə Rusiyadan asılıdır. Bunu “qərbçi” Paşinayan da, ümumən erməni elektoratı da çox yaxşı başa düşür – sözdə rusları xəyanətkar elan edib asıb-kəssələr də.

Bu mənada qarşıdakı parlament seçkiləri əslində Paşinyanın və ya uzaq ABŞ-ın – “Sem dayı”nın deyil, Moskvanın seçkiləri olacaq, onun “oyun qaydaları” əsasında keçiriləcək. Kreml “B planı”nı tam həcmdə işə salmış kimi görünür…

mənbə:musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*