backend

Kreml: “İndi Dağlıq Qarabağda gərginlikdə kimin haqlı, kimin günahkar olmasını müəyyənləşdirmək vaxtı deyil”

“İndi Dağlıq Qarabağda gərginlikdə kimin haqlı, kimin günahkar olmasını müəyyənləşdirmək vaxtı deyil”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, indi vacib olan hərbi əməliyyatları dayandırmaqdır.

“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir və əlbəttə ki, hazır vasitəçi kimi nizamlanmada rol oynamağa hazırdır. İndi ilk növbədə çox vacibdir ki, döyüş fəaliyyətləri dayandırılsın, kimin haqlı, kimin günahkar olmasını müəyyən etmək əsas deyil. Rusiya hər zaman bərabərölçülü mövqe tutub. Məhz Rusiyanın bu mövqeyi və Ermənistan və Azərbaycanla ənənəvi mehriban münasibətləri ona öz təsirindən istifadə etməyə imkan verir”, – deyə Kremlin sözçüsü Dağlıq Qarabağda gərginliyin başlanmasında kimin maraqlı olması ilə bağlı suala cavabında bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*