Kreml Moldovada hakimiyyəti dəyişmək istəyirbackend

Kreml Moldovada hakimiyyəti dəyişmək istəyir

“Kreml Moldovadakı parlament seçkilərində əsas məqsəd kimi respublika rəhbərliyini özünün idarə edə biləcəyi şəxslərlə əvəz etməyi görür”.

KONKRET.az xəbər verir ki, bu barədə Moldova prezidenti Maya Sandu “Jurnal TV”nin efirində bəyan edib.

“Bizim Ukrayna ilə 1200 kilometr uzunluğunda sərhədimiz var. Təsəvvür edin ki, bir gecənin içində bu sərhəd dost ölkə ilə sərhəddən Moskvanın nəzarət etdiyi ölkə ilə sərhədə çevrilir. Təbii ki, bu, Ukrayna üçün risklər yaradır, lakin eyni zamanda Moldova Respublikasının da riskləri artır, çünki bu yolla Rusiya Moldovanı müharibəyə cəlb edə bilər”, – deyə Sandu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*