Kremldən Ermənistana Qarabağ razılaşması ilə bağlı ÇAĞIRIŞbackend

Kremldən Ermənistana Qarabağ razılaşması ilə bağlı ÇAĞIRIŞ

“Ermənistan Azərbaycanla müharibədən sonra əldə edilən Dağlıq Qarabağ razılaşmasına riayət etməlidir”.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Dağlıq Qarabağ razılaşmalarının tətbiqinə yönəlmiş hər hansı bir təhdid görmürük. Ermənistandakı proseslərə rəğmən, Dağlıq Qarabağ razılaşmalarının tətbiqinə davam edilməsi vacibdir”, – o qeyd edib.

Peskov dünən Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya lideri Vladimir Putinə zəng etməsinə də toxunub:

“Telefon danışığı ilə bağlı bizim tərəfimizdən yayımlanan mətni diqqətli təhlil etdinizsə, Putinin Ermənistandakı problemlərin qanunlar çərçivəsində həlli lehinə danışdığını görə bilərsiniz. Bu ifadə çox vacibdir”. qafqazinfo

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*