KTMT-nin baş katibi Ermənistana GETDİ – YENİLƏNİBbackend

KTMT-nin baş katibi Ermənistana GETDİ - YENİLƏNİB

Təşkilatın baş katibi Stanislav Zasın rəhbərlik etdiyi KTMT missiyası Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti öyrənmək və əlavə birgə tədbirlər üçün təkliflər hazırlamaq üçün Ermənistana gedib.

KONKRET.az xəbər verir ki, KTMT mətbuat xidmətinin məlumatına görə, “sentyabrın 20-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasının qərarına əsasən, Missiya KTMT-nin baş katibi Stanislav Zasın rəhbərliyi ilə gəlib.

Missiyanın tərkibinə Təşkilatın işçi orqanlarının əməkdaşları olan KTMT-yə üzv dövlətlərin nümayəndələri daxildir.

16:52

KTMT-nin Baş katibi Stanislav Zas Ermənistana gəlir.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, KTMT-nin Baş katibi 20-25 sentyabr aralığında Ermənistanda səfərdə olacaq.

Qeyd edək ki, Zasın səfəri Azərbaycan-Ermənistan sərhədində baş verənləri qiymətləndirmək və vəziyyət barədə KTMT dövlət başçılarına hesabat hazırlamaqla bağlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*