backend

Kürdə batan yeniyetmələrin adları məlum oldu - YENİLƏNİB

Kür çayının Şəmkir rayon Kür qəsəbəsindən keçən hissəsində batan yeniyetmələrin adları məlum olub.

KONKRET.az-ın məlumatına görə, 2006-cı il təvəllüdlü Məmmədov Fərid Ayaz oğlu və 2005-ci il təvəllüdlü Məmmədov Yusif Araz oğlu çayda çimərkən batıb

Hazırda onların axtarışları davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

***

17:42

Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfər batıb.

KONKRET.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə Kür çayında 2 nəfərin batması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*