Kürün səviyyəsi qəfil qalxdı, bir ailə adada köməksiz qaldıbackend

Kürün səviyyəsi qəfil qalxdı, bir ailə adada köməksiz qaldı

Samuxda 4 nəfər Kür çayının rayon ərazisindən keçən hissəsində köməksiz vəziyyətdə qalıblar.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayon sakinləri olan 4 nəfər Kürdə odun yığmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Onlar Kürün ortasında, adada qalıblar. Dərhal əraziyə FHN-in və aidiyyatı qurumların əməkdaşları cəlb ediliblər.

Hazırda köməksiz vəziyyətdə qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*