Lamborghininin bu modelini azərbaycanlı müştəri aldıbackend

Lamborghininin bu modelini azərbaycanlı müştəri aldı

“Lamborghini” şirkəti “Urus” modelinin 20 000-ci nüsxəsini buraxıb.

KONKRET.az valyuta.az-a istinadla xəbər verir ki, avtomobil Azərbaycandan olan müştəriyə göndərilib.

“Urus” hazırda “Lamborghini” brendinin ən çox satılan modelidir. 2021-ci ildə 8 405 ədəd “Lamborghini” satılıb, bunun 60%-i “Urus” modelinin payına düşür.

Azərbaycana satılan “Urus”a gəlincə, avtomobil panoram formalı dam örtüyünə malikdir və “Viola Mithras” rəngindədir.

Azərbaycanlı alıcının adı açıqlanmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*