“Lap ağ etmisiniz” – Mariya Zaxarovadan CNN-ə Ukrayna ilə bağlı SƏRT TƏNQİDbackend

"Lap ağ etmisiniz" - Mariya Zaxarovadan CNN-ə Ukrayna ilə bağlı SƏRT TƏNQİD

Qərb mediasının Donbasdakı durumla bağlı reportajları Rusiya tərəfinin kəskin etirazına səbəb olub. Belə ki, CNN telekanalının hazırladığı reportajda “Rusiya texnikasının Ukrayna sərhədlərinə gətirildiyi bildirilib. Amma iddiaya görə bu, əslində Ukrayna ərazisindəki Ukrayna tanklarıdır.

KONKRET.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məsələ ilə bağlı CNN telekanalını sərt tənqid edib:

“Əziz CNN telekanalı və onun mehriban kollektivi. Biz başa düşürük ki, liberalizmin təntənəsi naminə ideoloji mübarizəyə o qədər aludə olmusunuz ki, faktları yoxlamağa vaxtınız yoxdur.Amma Ukrayna vaqonlarının fonunda görüntülənən Ukrayna tanklarını Rusiyanın müharibəyə hazırlığı kimi təqdim etməyiniz lap ağ oldu”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*