Latviya keçid məntəqəsini bağlayarsa, vəziyyəti daha da pisləşdirəcək – Anton Bıçkovskibackend

Latviya keçid məntəqəsini bağlayarsa, vəziyyəti daha da pisləşdirəcək - Anton Bıçkovski

Latviyada Belarusla sərhəddə buraxılış məntəqəsinin mümkün bağlanması ilə bağlı verilən bəyanatlar sərnişin və yük daşımalarına mənfi təsir göstərəcək.

KONKRET.az xəbər verir ki, bu barədə TASS-a Belarus Dövlət Sərhəd Komitəsinin rəsmi nümayəndəsi Anton Bıçkovski deyib.

“Hazırda Latviyaya daxil olan ağır yük maşınları və minik avtomobilləri üçün ciddi növbələr yoxdur. Bununla belə, Belarusla sərhəddəki Silene keçid məntəqəsinin (Belarus tərəfində Urbaniya) mümkün bağlanması ilə bağlı səsləndirilən bəyanatlar Latviya istiqamətinin keçid qabiliyyətinə mənfi təsir göstərəcək”, – Bıçkovski bildirib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*