Lavrov Fransa Xarici İşlər nazirinə Qarabağdakı barışıq missiyasının təfərrüatlarını izah etdibackend

Lavrov Fransa Xarici İşlər nazirinə Qarabağdakı barışıq missiyasının təfərrüatlarını izah etdi

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Fransa Xarici İşlər naziri Jan İves Le Drianla telefon danışığı olub. Söhbətin  əsas mövzusu Dağlıq Qarabağdakı münaqişənin həllinə dair razılaşma olub. Lavrov həmkarına Rusiya sülhməramlılarının iştirak parametrlərini və Monitorinq Mərkəzinin funksiyalarını izah edib.

KONKRET.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə tərəflər Qarabağla bağlı üçtərəfli razılaşmanın şərtlərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıblar. Nazirlər, həmçinin ATƏT-in Minsk qrupunun prinsiplərinə əsaslanaraq Cənubi Qafqazda gərginliyi azaltmaq üçün gələcək addımlar barədə fikir mübadiləsi aparıblar. Lavrov və Le Drian əsas prioritetlərin qaçqınların geri qaytarılması, nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması, infrastrukturun yenidən qurulması və ehtiyacı olanlara humanitar yardım göstərilməsi olduğu barədə razılığa gəliblər.

Surxay Atakişiyev, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*