Lənkəranda baş verən qəzada ölən və yaralıların kimliyi məlum oldu – YENİLƏNİBbackend

Lənkəranda baş verən qəzada ölən və yaralıların kimliyi məlum oldu - YENİLƏNİB

Lənkəranda baş verən qəzada ölən və yaralıların kimliyi məlum olub.

KONKRET.az xəbər verir ki, “Report”un cənub bürosunun məlumatına görə, qəzada sürücü, Lənkəran rayonunun Mamusta kənd sakini, 1998-ci il təvəllüdlü Azər Arzuman oğlu Babayev ölüb.

Yaralılar isə Lənkəran rayonunun Xanbulan kənd sakini, 1998-ci il təvəllüdlü Ülvi Elşad oğlu Əzizli və həmkəndlisi 2003-cü il təvəllüdlü Riad Mehman oğlu Qurbanovdur.

Ü.Əzizlinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

22:54

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında iri gövdəli ağaca çırpılıb.

Qəza nəticəsində sürücü ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan iki sərnişin isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*