Lənkəranda avtomobil qadın piyadanı vuraraq öldürüb.
KONKRET.AZ bildirir ki, hadisə Qumbaşı kəndiində baş verib.
Rayonun Liman şəhər Həzi Aslanov küçəsində yaşayan təxminən 55-60 yaşlı Balaqız Abdulhüseyn qızı Quliyevanı “VAZ-2107” markalı avtomobil vuraraq hadisə yerindən qaçıb. Qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, müayinə zamanı onun öldüyü müəyyənləşib. Qəza şahidlərinin məlumatı əsasında hadisəni törədən “44-BN-751″ dövlət qeydiyyat nişanlı,”VAZ-2107” markalı avtomobil Yol Patrul Xidməti əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
