Lerik sakinini bu səbəbə görə bıçaqladılarbackend

Lerik sakinini bu səbəbə görə bıçaqladılar

Bakının Xəzər rayonunda 4 nəfərin hücumuna məruz qalan şəxs bıçaqlanıb.

KONKRET.az xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü, Lerik rayon sakini Məmmədov Raul Ağababa oğlu küçədə gedərkən ona 4 nəfər tanımadığı şəxs yaxınlaşaraq döyüblər.

Dava zamanı tanımadığı şəxslər ona bıçaq xəsarətləri yetiriblər.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki tərəfli döş qəfəsində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Raul Məmmədov açıqlamasında deyib ki, mübahisə siqaret üstündə düşüb.

Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*