backend

Lerikdə maşın dərəyə aşdı: 3 ölü, 2 yaralı - YENİLƏNİB

Lerikdə baş verən qəzada yaralanan 2 nəfərdən biri uşaqdır.

Bu barədə TƏBİB-dən bildirilib.

Uşaq Lerik Rayon Mərkəzi Xəstəxanasındadır, vəziyyəti orta-ağırdır.

Digər yaralı isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyəti ağırdır.

***

10:01

Lerikdə maşın dərəyə yuvarlanıb, ölənlər və yaralananlar var.

KONKRET.az APA-ya istinadən məlumat verir ki, qəza rayonun Bürsülüm kəndi ərazisində qeydə alınıb.

UAZ markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

İlkin məlumata görə, qəza nəticəsində üç nəfər həyatını itirib.

İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda qəzada ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*