Liftdə köməksiz qalanlar belə xilas edildi – VİDEObackend

Liftdə köməksiz qalanlar belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Gəncə prospektində və Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryoqin küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binalarının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, dərhal əraziyə FHN-in müvafiq olaraq Bakı Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*