“Borussiya”nın futbolçusu Kərim Adeyemi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
KONKRET.az xəbər verir ki, uğurlu mövsüm keçirən almaniyalı vingeri “Liverpul” transfer etmək istəyir.
“Liverpul” 22 yaşlı ön xətt oyunçusunu Məhəmməd Salahın davamçısı kimi nəzərdə keçirir. Mersisayd təmsilçisi Adeyemi üçün Almaniya klubuna 41 milyon funt-sterlinq ödəməyə hazırdır.
Qeyd edək ki, “Borussiya” Kərim Adeyemini 2022-ci ilin yayında “Zalzburq”dan transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Bundesliqa klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir
Natiq Səlim,
KONKRET.az