“Liverpul”un qapıçısı Alisson Beker zədəsini sağaldıb və məşqləri bərpa edib.
KONKRET.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında eyniadlı şəhərin təmsilçisinin baş məşqçisi Arne Slot deyib.
Niderlandlı çalışdırıcı cənubi amerikalı qolkiperin komandanın sıralarına qayıtmağa hazır olduğunu açıqlayıb. 31 yaşlı braziliyalı zədə səbəbindən “qırmızılar”ın İngiltərə Premyer Liqasında “Bornmut” (3:0) və “Vest Hem” (5:1) qarşı matçlarını kənardan izləyib.