Lökbatan bazarından 340 kq albalı oğurlandıbackend

Lökbatan bazarından 340 kq albalı oğurlandı

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə Lökbatan qəsəbəsindəki bazarda Tovuz rayon sakini T.Əhmədliyə məxsus 340 kiloqram meyvə oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini S.Hüseynov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun iyunun 11-də həmin bazarda Abşeron rayon sakini O.Mehdiyevə məxsus 1500 manat, iyunun 27-nə keçən gecə isə Bakı şəhər sakini H.Zabidliyə məxsus 630 manat dəyərində meyvə oğurlaması da müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*