Londonda bıçaqla silahlanmış şəxs beş nəfəri yaralayıbbackend

Londonda bıçaqla silahlanmış şəxs beş nəfəri yaralayıb

Bıçaqla silahlanmış şəxs London körpüsü yaxınlığında beş nəfəri yaralayıb.

KONKRET.AZ xəbər verir ki, “Scotland Yard”ın məlumatına əsasən, polis bu barədə məlumatı yerli vaxtla saat 13:58-də (Bakı vaxtı ilə 17:58) qeydə alıb. Hücumda şübhəli bilinən şəxs saxlanılıb.

Hazırda London körpüsündə hərəkət dayandırılıb. Hadisənin baş verdiyi rayona xeyli polis cəlb olunub və ərazi mühafizə altına alınıb. Havada helikopterlər müşahidə aparır. Təcili tibbi yardım və yanğından mühafizə xidmətləri fövqəladə hadisənin baş verdiyi əraziyə gücləndirilmiş briqadalar göndərib. Yaxınlıqda yerləşən “London Bridge” metro stansiyası da bağlanıb. (AzərTac)

Bir cavab yazın