Los-Ancelesdə Ermənistanın cinayətlərinə dair yeni film hazırlandı – VİDEObackend

Los-Ancelesdə Ermənistanın cinayətlərinə dair yeni film hazırlandı - VİDEO

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə, xüsusilə Azərbaycanın mədəni irsinin və yaşayış məkanlarının yer üzündən silinməsi siyasətinə həsr olunmuş ingilis dilində qısa film hazırlanaraq geniş yayılıb.

KONKRET.az-a konsulluqdan bildirilib ki, filmdə 2020-ci ildə Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edildiyi və nəticədə təxminən 30 il ərzində Ermənistanın həmin ərazilərdə törətdiyi misli görünməmiş dağıntıların və mədəni irsimizi məhv etmə siyasətinin miqyasının daha aydın olduğu qeyd olunur.

Vurğulanır ki, bu müddətdə demək olar hər bir kənd və şəhər, azərbaycanlıların bütün evləri qarət olunaraq tamamilə yerlə-yeksan edilib.

Qeyd olunur ki, vaxtilə azərbaycanlıların sıx yaşadığı, inkişaf etmiş şəhərlər olan Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və digərləri işğal olunduqdan sonra Ermənistan tərəfindən yer üzündən silinib. Ermənistanın həmin ərazilərdə saysız-hesabsız minalar yerləşdirdiyi və bu günədək minalanmış ərazilərin xəritələrini verməkdən imtina etdiyi diqqətə çatdırılır.

Filmdə vurğulanır ki, ümumilikdə 30 ilə yaxın işğal müddətində Ermənistan tərəfindən 927 kitabxana, 44 məbəd, 473 tarixi abidə, saray və muzey məhv edilib.

Sonda Ermənistanın bu dəhşətli cinayətlərə görə cavab verməli olduğu bildirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*