Lukaşenko: “Dünya dəli olub və insanlar öz istiqamətlərini itiriblər”backend

Lukaşenko: “Dünya dəli olub və insanlar öz istiqamətlərini itiriblər”

Belarus Prezidenti Aleksandr Lukaşenko belarusiyalıların başqa prezidentlərinin olacağını vurğulayıb. O hər kəsi səbirli olmağa və milli birliyi qorumağa çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat verib.

“Başqa prezidentləriniz olacaq, sizə zəmanət verirəm. Sonra hər şeyi müqayisə edərək başa düşəcəksiniz, ancaq indi səbr edin”.

O, dünyanın dəli olduğunu deyib və həmvətənlərini bir-birinə daha yaxın olmağa çağırıb. “Bunu yaşamalıyıq. Dünya dəli oldu və bu dünyada insanlar öz istiqamətlərini itirdilər. Siz buna görə fərqli istiqamətlərə tələsməməlisiniz. Bu ili Milli Birlik İli elan etdim… Heç kimə baş əyməyəcəyik. Diz çökməyəcəyik. Dözməliyik. Böyük əksəriyyət dinc və sakit yaşamaq istəyir. Sosioloji araşdırmalar göstərir ki, insanlar itirməkdən çox çəkinirlər. Sabitlik və nizam bu baxımdan əsas şərtdir. Biz bunun əksinin baş verməsinə icazə verə bilmərik”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*