Lukaşenko Putinin “terror versiyası”na qarşı – Belarus prezidentindən GÖZLƏNİLMƏZ AÇIQLAMAbackend

Lukaşenko Putinin “terror versiyası”na qarşı – Belarus prezidentindən GÖZLƏNİLMƏZ AÇIQLAMA

Belarus prezidenti Aleksandr Lukaşenko “Crocus City Hall” kompleksində törədilmiş terror aktında Ukraynanın əli olduğuna dair Rusiyanın iddialarını alt-üst edəcək açıqlama ilə çıxış edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Lukaşenko terrorçuların hadisədən sonra Ukraynaya deyil, Belarusa daxil olmaq niyyətində olduğuna diqqət çəkib.

Lukaşenko bildirib ki, terror başlayandan dəqiqələr sonra Rusiya hakimiyyətindən xəbər alıb. Belarus bölmələri döyüş hazırlığı vəziyyətinə gətirilib, və cinayətkarların ölkəyə daxil olmasının qarşısını almaq üçün yollarda nəzarət-buraxılış məntəqələri qurulub.

“Buna görə də onların Belarusa daxil olmaq şansları yox idi. Onlar bunu anladılar. Beləliklə, onlar Rusiya-Ukrayna sərhədinə doğru yol aldılar”, – deyə o bildirib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*