Lukaşenko Rusiyanı istənilən anda və mərhələdə sata bilər – AÇIQLAMAbackend

Lukaşenko Rusiyanı istənilən anda və mərhələdə sata bilər – AÇIQLAMA 

Artıq üç aya yaxındır ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Müharibənin uzanması Avropada vəziyyəti xeyli gərginləşdirib. Son günlər müharibəyə digər dövlətlərin də qoşulacağına dair müxtəlif fikirlər səsləndirilir.

Belə ki, Keçmiş FTX zabiti İqor Strelkov (Qirkin) deyib ki, belaruslar xüsusi əməliyyatda iştiraka hazırlaşmalıdırlar. Qirkin Belarusun müharibədə istəməsə də, döyüşməli olacağını qeyd edib.

Maraqlıdır, keçmiş zabit Qirkin bu fikirləri ilə nəyə eyham vurur? Belarus niyə müharibədə iştirak etmək məcburiyyətində qalacaq?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Əziz Əlibəyli cavablandırıb. O bildirib ki, müharibənin ağır gedişatı və nəticələri bütün ölkələri anti-Rusiya cəbhəsinin əleyhinə qaldırır:

“İndiki halda müharibənin taleyini necəsə həll etmək lazımdır. Ukrayna müharibəsinə Qərb milyardlarla vəsait ayırır. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara görə bütün dünya itirir. Martın 2-də BMT-nın Baş Məclisində Rusiyanın yanında Şimali Koreya, Belarus, Suriya kimi dövlətlər yer aldı. Lakin sonradan 47 dövlət bitərəf davrandı. Aprelin 7-də BMT-nin İnsan Haqları Komitəsindən Rusiyanı çıxarmaq məsələsində Böyük Yeddiliyə daxil olan 24 ölkə əleyhinə səs verdi. Müharibənin fonunda taxıl qıtlığı yaşanır. 7 milyon insanın aclıqdan əziyyət çəkmə ehtimalı var. Bu elə bir məsələdir ki, bütün ölkələri anti-Rusiya cəbhəsinin əleyhinə qaldırır. Qərb şirkətləri milyardlarla vəsait itirir”.

Politoloq fikirlərinə belə davam edib:

“Müharibə dövründə dünya Rusiyadan daha çox zərər çəkdi. Şübhəsiz ki, bu mənada Belarusun şimal cəbhəsindən Ukraynaya daxil olmaq məsələsi və KTMT vasitəsilə bu prosesdə iştirakı gözləniləndir. Yəqin ki, bu və ya gələn ay Belarus müharibəyə qoşulmasa anti-Rusiya ritorikasına keçən Lukaşenkonu Rusiya cəbhəsində tapmaq mümkün olmayacaq. O həqiqətən də hiyləgər siyasətçidir. Belarus prezidenti Rusiyanı istənilən anda və istənilən mərhələdə sata bilər. Putin də bunu yaxşı bilir. Odur ki, Belarusu indidən müharibəyə cəlb etmək istəyirlər”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*