Mahaçqaladan Bakıya birbaşa aviareys açılırbackend

Mahaçqaladan Bakıya birbaşa aviareys açılır

Bu il Mahaçqala-Bakı və Mahaçqala-Tehran birbaşa aviareyslərinin açılışı planlaşdırılır.

KONKRET.az Virtual.org-a istinadən xəbər verir ki, bunu “TASS”a “Mahaçqala Aeroportu” Səhmdar Cəmiyyətinin baş direktoru Arsen Pirməhəmmədov deyib.

“Hazırda beynəlxalq istiqamətdə Tehran və Bakıya birbaşa aviareyslərin açılması məsələsi üzərində işləyirik. Aviareyslərin bu il açılması planlaşdırılır”.

Arsen Pirməhəmmədovun sözlərinə görə, yeni hava marşrutlarının açılması ilin ortalarında Mahaçqalanın hava limanının yeni beynəlxalq terminalı istifadəyə verildikdən sonra planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*