Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makron arasında baş tutan telefon danışığının bəzi təfərrüatları açıqlanıb.
KONKRET.az Yelisey Sarayının yaydığı məlumata əsasən xəbər verir ki, Makronla Putin arasında söhbət 1 saat 10 dəqiqə davam edib.
Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında Mariupoldakı vəziyyətdən həddindən artıq narahat olduğunu bildirib.
Fransa lideri Ukraynada dərhal atəşkəs tələb edib.
Kremlin yaydığı məlumatda isə bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makrona xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələrinin mülki şəxslərin həyatını xilas etmək üçün əlindən gələni etdiyini deyib.
“Onların təhlükəsiz təxliyəsi üçün humanitar dəhlizlər təşkil edilib”, – deyə məlumatda bildirilir.
***
21:43
Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub.
KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.
