Makron yenidən seçildikdən sonra ilk telefon zəngini Şolza etdibackend

Makron yenidən seçildikdən sonra ilk telefon zəngini Şolza etdi

Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Olaf Şolz arasında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, bu, E.Makronun yenidən prezident seçildikdən sonra ilk telefon danışığıdır. Almaniya kansleri onu prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

Qeyd edək ki, bu gün Fransada keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Emmanuel Makron qalib gələrək yenidən prezident seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*