Makronun İrəvana dəstəyinin səbəbi…backend

Makronun İrəvana dəstəyinin səbəbi...

Aralıq dənizinin şərqində baş verən gərginlik zamanı Türkiyəyə yalnız Azərbaycan dəstək oldu. Bu gün də eyni dəstəyi Türkiyə Azərbaycana göstərir. Rəsmi Parisin bu gün Ermənistanı dəstəkləyərək, dolayısı ilə “düşmənimin düşməni mənim dostumdur” demiş olur.

KONKRET.az xəbər verir ki, bu sözləri Axar.az-a siyasi ekspert Vüqar Zifəroğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən savaşla bağlı Fransanın Ermənistana dəstək verməsini şərh edərkən deyib. O bildirib ki, Osmanlı imperiyasının süqutu ərəfəsində Fransa geniş şəkildə həm Şərqi Anadoluda, həm də Cənubi Qafqazda erməni separatçı ünsürlərə dəstək verib:

“Xüsusilə regionda güclü və böyük bir Ermənistanın yaranmasında maraqlı olan rəsmi Paris ASALA, Daşnaksütyun erməni terrorçu qruplaşmalarına iqtisadi, siyasi və hərbi dəstəyini əsirgəmirdi.

1-ci Dünya müharibəsi zamanı Osmanlı imperiyasını zəiflətmək üçün yerli ermənilərə “böyük Ermənistan” sözü verən Fransa onlar vasitəsi ilə üsyanlar təşkil edirdi. Bu mənada 1-ci Dünya müharibəsində Osmanlının məğlubiyyətinin ən başlıca səbəblərindən biri də məhz ermənilərin xəyanətidir. Müharibədən sonra Fransa Yaxın Şərqdəki mandatlarına yenə erməni terror qruplarını silahlandıraraq yaratdığı jandarma dəstələri ilə nəzarət edirdi.

Rəsmi Parisin bir əsrə yaxındır separatçılara dəstək siyasəti bu gün də davam edir. Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq, mövcud gərginlik fonunda Ermənistanın tərəfini tutması qəbuledilməz haldır. Rəsmi İrəvanı dəstəkləyən istənilən ölkə onun işğalçılıq siyasətinə ortaq sayılır. Belə olduğu təqdirdə Fransanın münaqişənin diplomatik yolla həllindəki vasitəçilik missiyası heç də konstruktiv deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*