Maksim Yusin: “Paşinyan Ermənistanı gözlənilən bir çox bəlalardan xilas etdi”backend

Maksim Yusin: “Paşinyan Ermənistanı gözlənilən bir çox bəlalardan xilas etdi”

10 noyabrda Paşinyan sülh anlaşmasına imza atmaqla Ermənistanın məğlubiyyətini rəsmən təsdiqlədi. İndi çoxları Azərbaycanla bağlanan təslimçilik müqaviləsində Paşinyanı lənətləyir. Amma bu adamlar yanılır. Paşinyan Ermənistanı gözlənilən bir-çox bəlalardan xilas etdi”.

KONKRET.az xəbər verir ki, bu fikirləri politoloq Maksim Yusin “Kommersant”-a müsahibəsində deyib. Politoloq əlavə edib ki, Ermənistanın bu gün ən böyük faciəsi müharibədə uduzması deyil, ölkəni bu vəziyyətdən çıxara biləcək liderin olmamasıdır. Nikol Paşinyan pisdir, anladıq. Bəs yaxşı kimdir? Moskvanın ortaq dil tapdığı keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan indiki halda doğru seçim deyil. Erməni cəmiyyəti üçün onlar korrupsiya ilə güclü əlaqədə olan siyasətçilər kimi yadda qalıblar. Və ədalət naminə deməliyik ki, Ermənistan ordusunun deqradasiyası, düşmənindən keyfiyyətcə geri qalması Paşinyanın yox, məhz bu adamların günahıdır”.

Maksim Yusin real vəziyyətdə Paşinyanın istefasını Ermənistan üçün məqbul saymır. “Müharibəni davam etdirəcəyini və itirilmiş torpaqları geri alacağını vəd edən populistlərin hakimiyyətə gəlməsinə icazə verilməməlidir. Bu, Ermənistanı daha böyük fəlakətlərə sürükləyə bilər”, – deyə politoloq fikrini tamamlayıb.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*