5 il əvvəl Əfqanıstanda Taliban tərəfindən başından güllələnən Nobel mükafatı lauretı, fəal Malala Yusufzai qadın və qız uşaqlarından narahat olduğunu bildirib və dünya liderlərini bu məsələyə daha çox müdaxilə etməyə çağırıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Yusifzainin sözlərinə görə, “Talibanın Əfqanıstanı ələ keçirməsini tam şok içində seyr edirik. Qlobal, regional və yerli güclər Talibanı dərhal atəşkəsə çağırmalı, təcili humanitar yardım göstərməli, qaçqın və mülki insanları qorumalıdır”.
Natiq Səlim,
KONKRET.az
