“Marqarita Simonyan da öz xalqının düşməni çıxdı” – Rusiyalı jurnalistbackend

"Marqarita Simonyan da öz xalqının düşməni çıxdı" - Rusiyalı jurnalist

“Paşinyanı və ya Qaregin Njdeni vurmaq istəyəndə, nədənsə Ermənistana dəyir”.

KONKRET.az xəbər verir ki, bunu xaricdə yaşayan ermənipərəst jurnalist Valeriya Olyunina teleqram kanalında yazıb.

“Rusiyada ermənifobiya tarixi köklərə malikdir və üzvi olaraq bir sıra amillərdən irəli gəlir. Bu, başqa amillərə yanaşı, İsfahandan köçən Lazarevlərdən başlayan erməni elitasının öz xalqı üçün təhlükəsizlik sistemi yaratmaması səbəbindən baş verib.

Bu, Rusiya İmperiyası zəiflədikdə və erməni qırğınları başlayanda faciəvi rol oynadı. Ermənilərin müəyyən təbəqəsi arasında rusofobiyanın peyda olmasını texnologiya yaradır, süni şəkildə bəsləyir.

Eyni zamanda Rusiyada Ermənistanı yeni fəlakətə sövq etmək kursu seçilib. Rusiya düşmən dəyirmanlarına su tökməyə başlayıb.

Ermənipərəst politoloq Vladimir Lepyoxin qeyd edib ki, 5-ci kolon 6-cı kolon qədər təhlükəli deyil.

Ermənistanı metodik şəkildə hamı öldürdü – birincidən altıncıya qədər. Ancaq son ikisi səmərəli işlədi. Altıncı kolonda “ermənipərəst” təbliğatçılar çıxdı. Onun genezisi öndə duranlardan gəlir.

Qarabağ ermənilərini müdafiə edən Sergey Karnauxov bu gün Solovyovun efirinə nə üçün çıxdığını tam şəkildə göstərir.

İranlı ekspert Viktoriya Arakelovanın dediyi kimi: “Ola bilər ki, Paşinyanı və ya Qaregin Njdeni vurmaq istəyəndə, nədənsə Ermənistana dəyir”.

Marqarita Simonyan da öz xalqının düşməni çıxdı. Onun iltihablanmış beynində nədənsə bütün Ermənistan Rusiyanın düşməni kimi görünür.

O, bütün bu illər ərzində Rusiya ilə müttəfiqlik uğrunda ümidsiz mübarizə aparan rusiyapərəst qüvvələri görmür. Simonyan Rusiya-Ermənistan universitetinin ən qızğın düşməninə çevrilib.

Türkiyəyönlü Peskov, Markov, Şevçenko, Kolerov, Kuznetsov, Mariya Zaxarova Ermənistanın əleyhinə işləyirdi. Və heç kim heç vaxt deməyib ki, Ermənistan bu gün də çıxılmaz vəziyyətində Rusiyaya öz intellektual və ehtiraslı resurslarını verə bilər.

Rusiyalı memarlar, fiziklər, şərqşünaslar, əczaçılar, həkimlər, dilçilər hələ də burada çalışırlar, lakin Duqinanın və başqalarının mantraları ilə sehrlənən Rusiya türk ilanının ağzına baxmaqda davam edir”, – deyə Olyunina bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*