Marqonun “PRİKOL”U və Kremlin SÜQUT YOLU – VİDEObackend

Marqonun "PRİKOL"U və Kremlin SÜQUT YOLU - VİDEO

“Ukrayna kiçik ölkə deyil. Hətta Avropadakı ölçülərə görə böyük sayılır. Lixtenşteynlə müqayisədə çox iridir. Ukraynanı bir az kiçiltmək lazımdır. Rusiya elə bu işlə məşğuldur”.

KONKRET.az xəbər verir ki, bunu Kremlin bacı kimi əzizlədiyi erməni Marqarita Simonyan səsləndirib.

Kremlin şitliyi tutub

Bəli, çünki Marqonun efirdə kinayəmi, ironiyamı, bilmirəm satira, yaxud yumora oxşadıb səsləndirdiyi atmaca Kreml tapmacalarındandır. Görünür, Putinin ideoloji artilleriyası mərmisiz qalıb. Çünki yalnız ibtidai sinif dövründə edilən məzələr bu qədər düşünülməmiş ola bilər. Simonyanın uğursuz zarafatı guya Ukraynaya xox gəlmək idi, ancaq Rusiyanı “həndi xoh” (əllər yuxarı) vəziyyətinə salıb.

– Ukraynanı kiçiltmək lazımdır və Rusiya bu işlə məşğuldur;

Əvvəlcə hər çıxışında siyasi səhvləri ağızdan verən Simonyanın kiçik dövlətlər prizmasına Ermənistan misalı çəkək. Azərbaycan torpaqlarında yaradılan bu dövlətə sonradan bolşeviklər Göyçə, ardınca Zəngəzuru da pay verdilər. Lakin ermənilər bununla kifayətlənmədilər və Naxçıvan, Qarabağın işğalına çalışdılar. İndi də qondarma rejimi ikinci dövlət kimi xəritəyə soxuşdurmaq istəyirlər. Kremlin erməni-rus birliyini dindirsən, özlərinə haqq qazandıracaqlar ki, məqsəd Azərbaycan ərazilərini imperiya ölçüsündən respublika parametrlərinə kimi balacalaşdırmaq olub. Onda Ermənistanı niyə böyüdürsünüz?

– Rusiya Avropadan böyükdür;

Yəni Kreml Avropanın iri dövlətlərini xırda respublikalara bölmək istəyirsə və bunu müasir standart kimi təqdim edirsə, o zaman özünün əndazədən çıxmış sərhədlərinə, başqa ölkələrdə yaratdığı qondarma rejimlərinə baxsın. Onsuz da Rusiyanın xırda respublikalara parçalanması qaçılmazdır. Çünki Səfəvilər kimi Azərbaycan imperiyasını xanlıqlara bölə bilən institutlar (ordenlər) üçün Rusiyanı parçalamaq 2×2-dir. Sadəcə, hazırda tərəflərlə razılaşdırılmış slavyan qırğını gedir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*