Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2021/2022-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.
Nazirlikdən verilən KONKRET.az-a məlumata görə bildirir ki, Akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.
Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.
Salam. Mən hal hazırda Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olan leytenant rütbəli zabitəm müqavilə müddətim bitdiyinə görə (156a) ehtiyata buraxilmaliyam. Xidmətimi FHN də davam etdirmək üçün yalnız qəbul olan vaxtlarda sənəd yığımı olan vaxtlarda müraciət edə bilərəm ya istənilən vaxtı? Birdə qəbul olduğum halda hər hansı tədris kursuna cəlb olunurammı?
Diqqətinizə görə təşəkkür edirəm.