backend

Masallı və Lənkərandan gələn dindarlar Qubada tutuldu

Xüsusi karantin rejiminin tələblərini pozaraq Qubaya gizli yollarla Aşura mərasiminə dəstək məqsədi ilə Masallı və Lənkəran rayonlarından gələn dindarlar polis tərəfindən saxlanılıblar.

DİN-dən KONKRET.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman karantin qaydalarını pozaraq Qubada yerləşən Zərdabi və Hacı Cəfər məscidlərində Aşura məclisi keçirmək üçün dəstək olmağa gələn iki şəxsi aşkar ediblər.

Onların Masallı rayon sakini Samir Hüseynli və Lənkəran rayon sakini Arif Hüseynov olduqları məlum olub.

Qaydalarını pozan A.Hüseynov və S.Hüseynli barəsində qanunauyğun tədbirlər görülüb və onlar 10 sutka inzibati həbs ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*