Masallıda itkin düşən 16 yaşlı qız tapıldı – YENİLƏNİBbackend

Masallıda itkin düşən 16 yaşlı qız tapıldı - YENİLƏNİB

Masallıda itkin düşən 16 yaşlı qız tapılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan KONKRET.az-a bildirilib ki, yeniyetmənin tapılması istiqamətində aparılan axtarış tədbirləri nəticəsində onun olduğu yer müəyyən edilib.

09:23

Masallıda 9-cu sinif şagirdi itkin düşüb.

KONKRET.az xəbər verir ki, rayonun Boradigah qəsəbə sakini, 2007-ci il təvəllüdlü N.Quliyeva oktyabrın 21-i saat 15 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Yeniyetmənin anası polisə müraciət edərək kömək istəyib.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*