Masazırda evdə partlayış oldu – VİDEO / FOTOLARbackend

Masazırda evdə partlayış oldu - VİDEO / FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onüçmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 46m² olan birotaqlı mənzildə yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə zamanı 1 otağın yanar konstruksiyaları yanıb və partlayış dalğasının təsirindən mənzil yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*