Məhərrəm Əliyev: “Azərbaycanla Tacikistan arasında əlaqələr hərtərəfli inkişaf edir”backend

Məhərrəm Əliyev: "Azərbaycanla Tacikistan arasında əlaqələr hərtərəfli inkişaf edir"

Bu gün Azərbaycan və Tacikistan arasında əlaqələr hərtərəfli inkişaf edir.

KONKRET.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezidentin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, Azərbaycanın Tacikistandakı keçmiş səfiri Məhərrəm Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi masada deyib.

O qeyd edib ki, müstəqillik qazandıqdan sonra iki ölkə arasında əlaqələr qarşılıqlı hörmət və inam əsasında inkişaf etməyə davam edib.

M.Əliyev bildirib ki, Azərbaycan və Tacikistan beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir. “Bizim regional məsələlərdə mövqelərimiz üst-üstə düşür. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dstəkləyir. Bu gün Azərbaycan və Tacikistan arasında əlaqələr hərtərəfli inkişaf edir. İki ölkə liderləri arasında səmimi münasibətlər bu əlaqələrin inkişafına müsbət töhfə verir”, – deyə M.Əliyev əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*