backend

Meksikada güclü zəlzələ oldu

Meksikada güclü zəlzələ baş verib.

KONKRET.AZ xəbər verir ki, 6,3 bal gücündə təkanlar Çayaps ştatında qeydə alınıb.

Məlumata görə, zəlzələ yerli vaxtla 04.27-də Puerto-Madero yaşayış məntəqəsindən 110 kilometr aralıda baş verib. Təkanlar yerin 60 kilometr dərinliyində qeydə alınıb.

Meksika Seysmoloji Xidməti güclü zəlzələnin Tabasko, Qvatemalanın San-Markos bələdiyyəsi ərazisində də hiss edildiyini bildirib.

İnsan tələfatı və dağıntılar barədə hələ məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*