Məktəblərdə dərslər dayandırıla bilər – Yoluxma artırbackend

Məktəblərdə dərslər dayandırıla bilər - Yoluxma artır

Bakıda məktəblərin koronavirusa görə yenidən bağlanılması, distant təhsilə keçəcəyi ilə bağlı söz-söhbətlər yayılıb. Bildirilir ki, artıq 5-ə yaxın orta məktəb virusa görə tədris prosesini müvəqqəti olaraq distant rejimə keçirib.

KONKRET.az xəbər verir ki, bununla bağlı təhsil eksperti Kamran Əsədov danışıb:

“Virus səbəbilə bağlanan məktəblərin sayı artıq 10-dan çoxdur. Bəziləri statistikaya daxil edilməsə belə, məndə olan məlumata görə, artıq Qaradağ rayonunun Lökbatan qəsəbəsində də iki məktəb fəaliyyətini dayandırıb. Həmçinin ölkədə virusa yoluxmağa görə digər məktəblər də tədris prosesinin istiqamətini dəyişib. Bu, gözlənilən idi və artıq yüzdən çox sinif yoluxmaya görə bağlanıb.

Məktəblərdə yoluxma sayı dedikdə, təbii ki, ümumi kontingentin yoluxma kütləsini başa düşürük. Bilirik ki, bu, ciddi rəqəmdir və hesab edirəm ki, yoluxmuş şəxslər müəyyənləşdirilməlidir. Yoluxma sayı artarsa, birmənalı şəkildə tədris prosesi dayandırılacaq. Yəni məktəblər bağlanacaq. Çünki görürük ki, yoluxma dinamikası artıq artır.

Qeyd edim ki, tədrisin distant olduğu müddətdə belə, şagirdlər arasında yoluxma halları var idi. Hazırda tədris prosesi əyani olduğuna görə virusun digər şəxslərə keçməsi məsələsi də var. Olanları nəzərə alsaq, ölkədə karantin rejiminin sərtləşdirilməsini düşünə bilərik. Buna baxmayaraq düşünürəm ki, bütün hallarda təhsil müəssisələrinin yenidən bağlanmasına ehtiyac yoxdur”./sonxeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*