Ağstafada azyaşlını maşın vurub.
KONKRET.az-ın xəbərinə görə, hadisə rayonun Poylu kəndində baş verib.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2006-ci il təvəllüdlü Nəsib Orucovu vurub. Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
